Dərc edilib: 02-05-2019

https://www.nuh.az/19557-.html

Bakıda sayt rəhbəri narkotik satarkən tutuldu

02.05.2019 12:36:44

Maraqlı

Bakıda sayt rəhbəri narkotik satarkən cinayət başında tutulub.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 30-dan mayın 1-nə keçən gecə Bakı Şəhər Baş Polis İdarəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində “Bakupress.az” saytının rəhbəri Şəfəq Ağacan Nərimanov rayonu ərazisində qurudulmuş marixuananı 100 ABŞ dolları və 1830 manata satarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, Ş.Ağacan barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, istintaq təcridxanasına köçürülüb.

Qeyd edək ki, Ş.Ağacan 2016-cı ilin may ayında intihara cəhd edib və xeyli sayda dərman qəbul etmişdi. O zaman Nicat adlı şəxs tərəfindən şantaj oldunduğu üçün özünü öldürmək istədiyi haqda məlumatlar yayılmışdı.

NUH informasiya agentliyi səhifəsindən çap edilib