Dərc edilib: 02-05-2019

https://www.nuh.az/19560-.html

Porsche ilə adam öldürən biznesmenin oğlu yenidən avtoşluq edir (FOTOLAR)

02.05.2019 13:32:00

Region

 

İş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəclinin (hazırda 17 yaş) adam öldürdüyü 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı avtomobilinin fotoları avtoş səhifələrində yenidən paylaşılır.
Unikal.org-un əldə etdiyi məlumata görə, səhifələrin birində "Yenidən efirlərə qayıtdı” fikirləri yazılaraq Ağaəli Fərəclinin də profilini işarələyiblər.
Maraqlısı odur ki, sözügedən avtomobil Bakı küçələrinin birində üzərinə boz rəngli vinil çəkilmiş halda da istifadə olunub. Həmin anın da fotosu sosial şəbəkədə paylaşılıb.
Xatırladaq ki, 2017-ci ilin mayında iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağaəli Fərəcli idarə etdiyi 99 BS 999 dövlət nömrə nişanlı "Porsche Cayenne Magnum” markalı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanıvurub qaçmış,yaralı yerindəcə dünyasını dəyişmişdi. Baş verən hadisə isə rezonansa səbəb olmuşdu.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib