Dərc edilib: 02-05-2019

https://www.nuh.az/19561-.html

“Azərbaycanda yoxsulluq 5 faiz təşkil edir”

02.05.2019 13:58:08

Günün sitatı

"Bu ilin sonunda Azərbaycan Nyu -Yorkda yüksək səviyyəli forumda Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmasına dair hesabatını təqdim edəcək".


"Qafqazinfo" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova V Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində  “Dayanıqlı inkişaf məqsədləri üçün tərəfdaşlığın qurulması” mövzusunda keçirilən iclasda çıxışı zamanı deyib. Nazir müavini bildirib ki, hesabatın təqdim edilməsində məqsəd aparılan işləri nəzarətdə saxlamaqdan ibarətdir:

"Biz az sayda ölkələrdənik ki, könüllü şəkildə 2017-ci ildə BMT-ə hesabatı təqdim etmişik. Məqsədlərdən bir çoxuna artıq Azərbaycan nail olub. Hazırda Azərbaycanda yoxsulluq 5 faiz təşkil edir. Bu bəzi inkişaf etmiş ölkələrlə müqayisədə xeyli aşağıdır. 

Hazırda Azərbaycan höküməti DİM-in milliləşdirilməsi prosesindədir. 

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası tərəfindən hər il hesabatları hazırlayır və ölkə başçısına təqdim edir. Bu bizim 2030-cu ilə ölkənin inkişaf yolunu göstərir və bələdçi rolunu oynayır. Azərbaycanda yeni strategiya üzərində işləyir. Gələn il "Azərbaycan 2020: Gələcəyə baxış" inkişaf konsepsiyasını yekunlaşdıracayıq və daha sonra növbəti 10 illik proqram fikirləşəcəyik".

S.Həsənova qeyd edib ki, təqdim edilən hesabatda ölkəmizin milli inkişaf gündəliyi, konsepsiyaları, DİM-in 62 faizini əhatə etməsinə dair məlumatlar yer alıb:

"Qalan 38 faizi isə 2030-cu ilə qədər planlarımızda əhatə etməyə nəzərdə tuturuq. Biz bunu beynəlxalq təşkilatlarla etmək niyyətindəyik. 

Biz yarım illik Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması forumunu Azərbaycanda təşkil edəcəyik, orada bütün ölkələr orada öz planlarını, təcrübələrini bölüşmək imkanlarını əldə edəcəklər". 

NUH informasiya agentliyi səhifəsindən çap edilib