Dərc edilib: 03-05-2019

https://www.nuh.az/19567-.html

“Uşaq pulu bərpa edilməlidir"

03.05.2019 13:55:52

Müsahibə

"Azərbaycanda uşaq pulu bərpa edilməlidir. Bu, minimum 6 yaşadək uşaqlara aid olmalıdır”.
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2018-ci il üzrə illik məlumatının müzakirəsi zamanı deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə, bu, çox vacibdir: "Belə olan halda sıxıntılar aradan qaldırılar, müəyyən ailələr bundan yararlanar. Nəzarət etmək lazımdır ki, bu maliyyə uşağa xərclənsin”.
Deputat ailə himayəsindən məhrum olan uşaqlara qayğı göstərilməsi üçün Aliment Fondunun yaradılmasını təklif edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib