Dərc edilib: 03-05-2019

https://www.nuh.az/19571-.html

“Normal adam olsaydın, Əliyevin məzarında diz çöküb üzr istəyərdin” - Video

03.05.2019 19:10:17

Müsahibə

Azərbaycanın keçmiş Təhsil naziri Misir Mərdanov yenicə həbsdən çıxan sabiq Səhiyyə naziri Əli İnsanova qarşı bəyanat verib.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, M.Mərdanov bildirib ki, Ə.İnsanov siyasətə qayıtsa da, heç nə edə bilməyəcək:

“Əli İnsanov, vaxtilə döydüyün, söydüyün, təhqir etdiyin, aşağıladığın insanlarla indi necə bir yerdə məsləhətləşib, iş aparacaqsan? Onda camaatın nifrətinin qarşısında dayana biləcəksənmi, Əli İnsanov? Hələ ki, gec deyil, bu yaramaz əməllərdən çəkinmək lazımdır. 73 yaşında olan bir insan nəvələri, nəticələri ilə məşğul olsun. Sən təzədən aktiv siyasətə qoşula bilməzsən. Qoşulsan da, heç bir şey edə bilməzsən. Mən səni başa düşə bilmirəm. Sən normal adam olsaydın, cənab prezidentin humanistliyi nəticəsində həbsdən çıxandan sonra vaxtilə sənə çörək vermiş, səni nazir etmiş Heydər Əliyevin məzarını ziyarət edərdin. Onun məzarı qarşısında diz çöküb üzr istəyərdin, deyərdin məni bağışla. Onda camaat səni başa düşərdi”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib