Dərc edilib: 04-05-2019

https://www.nuh.az/19572-.html

Xələf Xələfov yenidən nazir müavini oldu

04.05.2019 16:32:59

Hadisə

Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin olunub.

 

Trend   xəbər verir ki,  dövlət başçısının digər sərəncamı ilə X.Xələfova Prezidentin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olunub.

Qeyd edək ki, X.Xələfov 2018-ci ildə Xarici İşlər nazirinin müavini vəzifəsindən azad edilərək Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsində çalışıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib