Dərc edilib: 05-05-2019

https://www.nuh.az/19578-.html

Arzu Əliyeva və Mədət Quliyev "Bakı Marafonu"nda (FOTOLAR)

05.05.2019 16:50:39

Cəmiyyət

Bu gün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019” keçirilib.

Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir. "Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib. Marafonda bu dəfə 22320 nəfər qeydiyyatdan keçib. Yürüyüşdə dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar iştirak ediblər.
Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub. Marafonun startında ilk dəfə olaraq "məşq zonası" yaradılıb və səhnədən isinmə hərəkətləri nümayiş etdirilib.
Marafonda Prezident İlham Əliyevin kiçik qızı Arzu Əliyeva, Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mədət Quliyev, digər tanınməş şəxslər və şou-biznes nümayəndərələri iştirak edib.
 "Qafqazinfo"   marafondan fotoları təqdim edir.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib