Dərc edilib: 05-05-2019

https://www.nuh.az/19582-.html

Qazaxıstanda ilk dəfə qadın prezidentliyə namizəd oldu

05.05.2019 18:10:20

Region

Qazaxıstan demokratik partiyası “Ak jol” Daniya Yespayevanı prezidentliyə namizəd kimi irəli sürüb.

“Qafqazinfo” xarici KİV-ə isitnadən xəbər verir ki, bununla da Yespayeva ölkə tarixində prezidentliyə ilk qadın namizəd olub. MSK artıq onun namizədliyini qeydə alıb. Beləliklə, qeydiyyata alınanların sayı iki nəfər olub. Digər namizəd prezident səlahiyyətlərini icra edən Kasım-Jomart Tokayevdir.

Qeyd edək ki, Qazaxıstanda növbədənkənar prezident seçkiləri iyunun 9-da keçiriləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib