Dərc edilib: 07-05-2019

https://www.nuh.az/19594-.html

General gürcü həmkarı ilə sərhəddəki vəziyyəti müzakirə etdi

07.05.2019 12:16:48

Reportaj

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və Gürcüstan Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədində işçi gö­rüşü ke­çirilib.

“Qafqazinfo” DSX-yə istinadən xəbər verir ki, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə qarşı təhdidlərlə birgə mübarizə aparılması, məlumat və təcrübə mübadiləsinin davam etdirilməsi, əməkdaşlıq əlaqələ­rinin inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli əməkdaşlığın inkişaf dinamikasını müsbət qiymət­ləndiriblər. Onlar Azərbaycan və Gürcüstan sərhəd qurumları arasında mövcud mü­nasibətlərin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin birgə həll edilməsinə töhfə verdiyini vurğulayıblar. 

Qeyd edək ki, son günlər Azərbaycan-Gürcüstan sərhədindəki “Keşikçi Dağ” məbədi ətrafında olan mübahisəli ərazilər müzakirə mövzusudur. Gürcüstanın Baş Naziri Mamuka Baxtadzenin sözlərinə görə, delimitasiya və demarkasiya prosesi çətin olsa da, həllini tapacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib