Dərc edilib: 07-05-2019

https://www.nuh.az/19597-.html

PFL “Qarabağ”a medalları “Bakcell Arena”da verəcək

07.05.2019 18:13:12

Mədəniyyət

Azərbaycan Premyer Liqası və birinci divizionun cari mövsümünün sonuncu turunda mükafatlandırma mərasimi keçiriləcək.


NUH.az   xəbər verir ki, Peşəkar Futbol Liqası yarışların qalib və mükafatçılarını təntənəli şəkildə mükafatlandıracaq.

Premyer Liqada sonuncu turun “Neftçi” – “Qarabağ” görüşündən sonra, çempion “Qarabağ”a qızıl, “Neftçi”yə gümüş, “Səbail”ə isə bürünc medallar təqdim olunacaq. Eyni zamanda, yarışın bombardiri mükafatlandırılacaq. Mükafatlandırma mərasimi “Bakcell Arena”da gerçəkləşəcək. 

Birinci divizionda isə analoji hal Lökbatan Olimpiya İdman Kompleksində olacaq. Yarışın qalibi olan MOİK-ə qızıl, “Sumqayıt-2” komandasına gümüş medallar təqdim olunacaq. 3-cü yerin sahibi isə son turun “Neftçi-2” – “Qaradağ Lökbatan”, “Keşlə-2” – “Zaqatala” görüşlərindən sonra məlum olacaq. 3-cü yerin sahibi olacaq tərəf medallarını almaq üçün Lökbatana təşrif buyuracaq. Eyni zamanda, həmin gün divizionun bombardirinə də xüsusi mükafat təqdim ediləcək.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib