Dərc edilib: 08-05-2019

https://www.nuh.az/19606-.html

İlham Əliyev xalq artistinə mənzil hədiyyə etdi

08.05.2019 13:38:20

Siyasət

Prezident İlham Əliyev xalq artisti Qurban İsmayılova ev hədiyyə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə aktyor özünün video-müraciətində deyib.
O, dövlət başçısına minnətdarlığını bildiririb: "Cənab Prezident mənim mənzillə təmin olunmağım barədə göstəriş verdi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən mənə Yeni Yasamalda 3 otaqlı mənzil verildi. Buna görə mən cənab Prezidentə minnətdarlığımı bildirirəm. Ölkəmizin və xalqımızın rifahı naminə gördüyü işlərdə ona uğurlar arzu edirəm”.
Qeyd edək ki, Q.İsmayılov bundan öncə "Kristal Abşeron”da kreditdə olan birotaqlı mənzildə yaşadığını qeyd edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib