Dərc edilib: 08-05-2019

https://www.nuh.az/19609-.html

Azırbaycanda eşşəyə 40, fəhləyə 8 manat ayrılır

08.05.2019 19:44:19

İqtisadiyyat

“Ən böyük problemimiz fəhlə problemidir. Arxeoloqlara beş-altı nəfərdən artıq fəhlə götürmək ixtiyarımız yoxdur. İkinci problemimiz isə fəhlələrə ayrılan puldur”.


Bunu Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə Rəhimova ONA-a müsahibəsində deyib.

Bildirib ki, Nazirlər Kabineti tərəfindən fəhlələrə müəyyənləşdirilən məbləğ çox azdır:

“Təsəvvür edin, arxeologiya işləri zamanı işlədilən eşşəyə 40 manat, fəhləyə isə 8 manat ayrılır. Siz özünüz fikirləşin – istidə, bəzi vaxtda qarda, yağışda işləyirlər. 8 Manat onları qane edər? Yox. Fəhlə gedib başqa sahədə çalışsa, rahatca 15-20 manat qazanar. Bax, bizim bu problemimiz var. Fəhləni də çox çətinliklə tapırıq. Sözügedən məsələni Nazirlər Kabineti qarşısında qaldırmışıq. Görək nəticəsi nə olacaq. Həmçinin avadanlıq problemimiz var. Dronlara ehtiyacımız var. Aparatlarımız demək olar ki, yox dərəcəsindədir. Bütün ekspedisiyalarımıza çatmır”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib