Dərc edilib: 12-05-2019

https://www.nuh.az/19635-.html

Mehriban Əliyeva “Azərbaycana sevgi ilə” konsertində

12.05.2019 16:49:26

Mədəniyyət

Mayın 11-də Heydər Əliyev Mərkəzində opera sənətinin tanınmış nümayəndələri Anna Netrebko, Yusif Eyvazov və Elçin Əzizovun iştirakı ilə “Azərbaycana sevgi ilə” konsert proqramı təqdim edilib.

“Qafqazinfo” xəbər verir ki, anşlaqla keçən konserti izləyənlər arasında Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Müxtəlif operalardan ariyaların daxil olduğu konsert proqramında ifaçıları Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Musiqili gecədə G.Verdinin, F.Cileanın və G.Puççininin əsərləri ifa olunub.

Qeyd edək ki, Anna Netrebko (soprano) Rusiyanın XXI əsrdə ən görkəmli opera ifaçılarından biridir. Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. Azərbaycanın Xalq artisti Elçin Əzizov (bariton) "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü olub.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib