Dərc edilib: 13-05-2019

https://www.nuh.az/19636-.html

Kraliça Azərbaycan nümayəndə heyəti ilə görüşdü - Fotolar

13.05.2019 11:27:11

Reportaj

Böyük Britaniya və Şimali İrlan­diya Birləşmiş Krallığının əfsa­nəvi kraliçası Viktoriyanın şərəfinə təşkil olunmuş və bütün dünya at sevərlərinin böyük marağına səbəb olmuş “Vindzor Kral At­çılıq Şousu”na yekun vurulub.


 “Qafqazinfo”ya daxil olan məlumata görə, Azərbaycan Atçılıq Federasiyasının təşkilat­çılığı ilə bu tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin Qara­bağ atları üzərində süvarilər dəstəsinin və rəqs ansamblının təqdim et­di­yi “Azərbaycanın kəlağıyısı və Qarabağ atları” adlı şou-kom­pozi­siya Birləşmiş Krallığının taxt-tacının sahibi, Ülyahəzrət II Elizabetin, kral ailəsinin üzvlərinin və digər tamaşaçıların xüsusi marağına səbəb olub.

Şou aparıcısının təmsilçilərimizin möhtəşəm çıxışını öncə­ləyən təqdimatında şou-kompozisiyanın əsas elementlərindən bi­rini təşkil edən 1500 ildən çox tarixə malik Azərbaycan kəlağayı­sının hələ iki əsr öncə - 1851-ci ildə Londonda keçirilmiş böyük sərgidə şahzadə Albert tərəfindən öz həyat yoldaşı Kraliça Viktoriyaya hədiyyə edilməsini vurğulaması böyük diqqətlə qar­şı­lan­ıb.

Qədim Vindzor qəsrinin ərazisində keçirilən bu tədbirdə Azər­­baycan nümayəndə heyətinin nümayiş etdirdiyi şou-kompozi­siyanı hər gün on minlərlə insan canlı izləmiş, televi­ziya vasitəsilə milyon­larla tamaşaçı ecazkar milli musiqimizin sədaları altında Qarabağ atlarının gözəlliyinə, süvarilərimizin hünər və igidliyinə, rəqqas­larımızın çılğın və hərarətli rəqslərinə heyran olmuşlar. Böyük Brita­niyanın nüfuzlu “Dailymail.co.uk” internet portalı “Vind­zor Kral At­çı­lıq Şousu”na həsr etdiyi reportajında Azərbay­canın Qarabağ atla­rının iştirakı ilə nümayiş etdirilən şou-kompo­zisiyaların Kraliça II Elizabetin ən sevimli tamaşalarından olmasını xüsusi qeyd edib.

11 may tarixində tədbirdə iştirak edən Ülyahəzrət II Elizabet “Azərbaycanın kəlağayısı və Qarabağ atları” şou kompozisiyasına tamaşa etdikdən sonra Azərbaycan nümayəndə heyətinin üzvlərini – Azərbaycan Atçılıq Federasiyasının vitse-prezidentləri Sakit Məmmədovu, Bəh­ruz Nəbiyevi və idmançı Xədicə Qulubəylini qəbul edib. Görüşdə kraliçanın həyat yol­daşı Edinburq hersoqu şahzadə Filipp, kraliçanın nəvəsi Sasseks hersoqu şahzadə Harri və digər rəsmi şəxslər iştirak ediblər. Azər­bay­can xalq rəssamı Sakit Məmmədovun “Bahar qızı” adlı rəsm əsəri və Azərbaycan Kəlağıyısı Ülyahəzrət II Elizabetə hədiyyə kimi təqdim olunmuş, təqdimat zamanı rəsm əsərində təs­vir edi­lən Bahar qızının Azərbaycanın qədim Novruz bayra­mının sim­vol­la­rından biri olması, kəlağıyının üzərində təsvir edilmiş Xan qızı Natavan, Qa­ra­bağ atları, milli musiqi alətləri, xarı bülbül bitkisi haqqında geniş məlumat verilib.

Ülyahəzrət II Elizabet Azərbaycan təmsilçilərinin nümayiş etdirdikləri möhtəşəm şou-kompozisiyaya, rəsm əsəri və milli kəla­ğa­yının hədiyyə edilməsinə görə dərin minnətdarlığını bildirib.

 




 

NUH informasiya agentliyi səhifəsindən çap edilib