Dərc edilib: 13-05-2019

https://www.nuh.az/19640-.html

Deputatın oğlu Türkiyədə qəzaya düşdü

13.05.2019 12:38:10

İdman

Milli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşüb.

 ONA   xəbər verir ki, deputatın oğlu Fərid Cəbrayılov mayın 10-da velomoped sürərkən "lyuk"a düşüb. Hadisə nəticəsində onun diz qapağı 3 yerdən çatlayıb. 
Fərid Cəbrayılov artıq Bakıya gətirilib, xəstəxanalardan birində müalicə olunur.
Qeyd edək ki, D.Cəbrayılova 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə deputat seçilib, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.

NUH informasiya agentliyi səhifəsindən çap edilib