Dərc edilib: 13-05-2019

https://www.nuh.az/19643-.html

“Sərdar Cəlaloğlu Partizan hərəkatının mahiyyətini anlayırmı?!

13.05.2019 13:59:23

Günün sitatı

“Sərdar Cəlaloğlu Partizan hərəkatının mahiyyətini anlayırmı?!


“Görəsən, bu Sərdar Cəlaloğlu heç “Partizan Hərəkatı”nın mahiyyətini anlayırmı? Belə populist çıxışlarla nə demək istəyirlər, başa düşmək olmur”. Bu sözləri Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Şahin Bağırov deyib.

 

Sərdar Cəlaloğlu

Sərdar Cəlaloğlu

 

O, ADP sədri Sərdar Cəlaloğlunun işğal olunmuş Azərbaycan ərazilərində partizan hərəkatı yaradılması haqda təklifini şərh edərkən daha sonra deyir: “Əvvəla partizan hərəkatı düşmənin içində və arxasında əsasən də mülki şəxslər tərəfindən həyata keçirilir. Əgər düşmənlə üz-bəüz müharibə aparılmırsa, düşmənlərin içində və arxasında müharibə aparan mülkü şəxslər kim olacaq ?!

İkincisi, Partizan Hərəkatlarının fəaliyyəti dövlət sərəncamlarıyla həyata keçirilmir. Bunlar vətənpərvər insanların öz könüllü təşəbbüs və istəkləriylə reallaşır. Dövlət öz Silahlı qüvvələrinə sahibdir. Dövlət partizan hərəkatına qarışmır. Amma partizan hərəkatının koordinasiya olunmasında xəfiyyələrin rolu əlahiddə əhəmiyyət kəsb edir”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib