Dərc edilib: 13-05-2019

https://www.nuh.az/19645-.html

Ziyanın qardaşı SITRATEJİ prorektor təyin olundu

13.05.2019 17:51:11

Region

Milli Məclisin sabiq deputatı Elton Məmmədov Azərbaycan Texniki Universitetin strateji inkişaf məsələləri üzrə prorektoru təyin olunub.

 

Bunu AzEdu.az-a açıqlamasında ATU-nun  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev deyib:

“Elton Məmmədov uzun müddətdir ki, Azərbaycan Texniki Universitetində çalışır. Bir saat əvvəl  rektor əvəzləyicisi professor Xalıq Yahudov Elton Məmmədovu  Azərbaycan Texniki Universitetinin strateji inkişaf üzrə prorektoru təyin edib”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib