Dərc edilib: 17-05-2019

https://www.nuh.az/19674-.html

Prezident iki icra başçısının yerini dəyişdi

17.05.2019 18:49:40

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev iki rayonun icra başçısının yerini dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, Siraqəddin Nəcəf oğlu Cabbarov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı işdən çıxarılıb. Prezidentin imzaladığı digər sənədə əsasən, Siraqəddin Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Nazim Mehdi oğlu İsmayılov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Prezident Nazim İsmayılovu Saatlı Rayon İcra Hakimiyyətinə başçı təyin edib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib