Dərc edilib: 19-05-2019

https://www.nuh.az/19692-.html

"Fərqinə Var" tədbir keçirəcək

19.05.2019 18:05:58

Müsahibə

Son vaxtlar  “Fərqinə Var!”  sosial mesajlı layihə  ölkədə maraqlı  tədbirlər həyata keçirir.


Layihənin  əsas məqsədi dövlətin yürütdüyü sosial yönümlü siyasətə  dəstək  olmaqdır.

Layihə diqqətdən kənar qalan yeniyetmə və gəncləri cəmiyyətin nəzərinə çatdırmaq istiqamətində bir sıra işlər görməkə  cəmiyyətlə bu kimi fərdlər arasında mövcud olan maneələri aradan qaldırmaq məqsədi daşıyır.

NUH.az-a daxil olan məlumata görə, 30 may saat 19:00-da “Nizami”  kinoteatrında  layihə rəhbərləri Namidə İsayeva, Dilşad Musa və Orxan Əşrəflinin təşkilatçılığı ilə daun sindromlu və fiziki məhdudiyyətli uşaqlar və gənclərə həsr edilmiş "Fərqinə var" sosail layihəsi tədbir keçirəcək.

Layihənin əsas məqsədi "daun sindromlu və ya fiziki məhdudiyyətli olmaq onların qüsurur deyil, sadəcə fərqlilikləridir. Cəmiyyət olaraq bu insanlara dəstək olmaq hər birimizim mənəvi borcumuzdur" sosial mesajını verərək, belə insanları daha çox diqqətə çəkməkdir. Layihə rəhbərləri deyirlər ki,"istədiyimiz odur ki, cəmiyyətdə belə insanlara münasibət dəyişsin. Daun simdromlu və ya fiziki məhdudiyyətli insanları restoranda, küçədə gördüyümüz zaman onlara qəribə nəzərlərlə baxan cəmiyyət olmayaq. Əksinə, onlar sevgimizi hiss etsinlər və çox istərdik ki, bu layihədə bizə qoşulan insanlar çox olsun. Bizə qoşularaq bu insanlara sevgi göstərsinlər"

30 may tədbirinə giriş sərbəst olacaq. Daun sindromlu və fiziki məhdudiyyətli olsalar belə, hər kəsə örnək ola biləcək insanlar tədbirdə öz həyat hekayələrini danışacaqlar. Belə insanlarla işləyən həkimlərimiz öz sahələrində onlara necə dəstək olduqlarını, onların psixologiyası,qidalanması, onlarla davranışla bağlı maarifləndirici çıxışlar edəcəklər.Tədbir musiqi proqramı ilə başa çatacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib