Dərc edilib: 20-05-2019

https://www.nuh.az/19698-.html

Həkimlərin səhvindən səhhəti ağırlaşan ana Mübariz Mənsimova müraciət etdi

20.05.2019 12:18:46

Mədəniyyət

Müstəqil. Az-ın elektron poçtuna Şəki ş.31-ci rayon M.Ə.Rəsulzadə prospekti bina 168 \21 ünvanında yaşayan Rəhimə Novruzəliyevanın  ünvanladığı məktub daxil olub.


Xanım Novruzəliyeva haqqında bəhs olunan məktubunda Palmali şirkətinin sahibi, xeyriyyəçi Mübariz Mənsimova müraciət edərək səhhətinin bu günkü durumundan söz açır və müalicəsi üçün kömək istəyir:

 

“İnsanın fiziki sağlamlığı çox önəmli və vacibdir.Təəssüf ki mənim sağlamlığım gənc yaşlarımdan itməyə başladı. 28 yaşında üç övlad sahibi olduğum zamandan Eşitmə Hissim tədricən yox oldu. Nəticədə tamamilə kar oldum. 


Hörmətli, Mübariz müəllim!


2007-ci ilin mart ayından “İkitərəfli Koxlear Nevrit VI dərəcəli Ağır Eşitməmə”Diaqnozu ilə Əlil kimi qeydiyyatdayam. Kar olmağım həyatda çox şeyləri itirməyimə səbəb olub. Xəstəliyimlə əlaqədar olaraq heç yerdə işlə təmin edilmədim. Övladlarımı oxudub sənət sahibi etməyə maddi imkanım çatmadı. 28 yaşımdan bu yana  həyatda heç üzüm gülmədi. Lakin çəkdiyim acılar bununla da bitmədi. 2012-ci ci ildən Mədə-Bağırsaq -Həzm sistemində ağrılarla əlaqəli yerli həkimlərə müraciət etdim. Dırnaqarası həkimlər 3 ildən artıq müalicə adına reseptlər yazdılar. Lakin 2015-ci ilin dekabr ayında Turan Klinikasında müayinədən keçəndə məlum oldu ki, məndəki ilkin Diaqnoz xəstəlik sağalmayıb,  əksinə daha da pis olub.

1) EROZİV BULBİT IIdərəcə;

2)İLTİHABLI HYATAL YIRTIQ-3sm;

3)FUNDUSTA -ANTRUMDA QASTRİT;

4)12 Barmaq Bağırsağın Selikli Qişasının Deformasiyasına çevrilib.

Klinikada yazılan resept də əks təsir edtiyindən müalicəni yarıda saxlamağa məcbur oldum. Bütün reseptlər fakt olaraq qalır. Əvvəldən məni səhv müalicə edən yerli həkimlər neqativ yollarla məsuliyyətdən yayına bilsələr də bu günə qədər mənimlə rastlaşdıqda üzlərini gizlədirlər. Çünki günahkardırlar. Mən onları heç vaxt bağışlamayacam. O vaxtdan 4 il keçir. Artıq bu xəstəliklər sinir sistemimə və ürəyimə pis təsir edir. Lakin mənim normal klinikada normal müalicə olunmağa maddi imkanım yoxdur. Beləcə ağrılar içində çarəsiz durumda qalmışam. Satıb müalicəyə sərf edəcək elə bir əşyam və ya mal-mülküm də yoxdur.

Yaşadığım 2 otaqlı mənzil də ortaqlıdır. Dövlətin verdiyi əlil müavinəti isə təzəlikcə 130 manat olub ki, bununla da müalicə olunmaq mümkün deyi. Hörmətli Mübariz bəy, çox xahiş edirəm mənim müalicə olunub sağalmam üçün müalicə xərclərimə ödənilməsinə dəstək olun.”

Rəhimə Novruzəliyeva

(Şəki ş.31-ci rayon M.Ə.Rəsulzadə prospekti bina 168 \21

Tel:050 799 27 14 

055 746 34 98 )


NUH informasiya agentliyi səhifəsindən çap edilib