Dərc edilib: 20-05-2019

http://www.nuh.az/19701-.html

Vladimir Zelenski and içdi (FOTOLAR)

20.05.2019 13:30:32

Dünya

Ukrayna prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi başa çatıb.
Qaynarinfo xəbər verir ki, o, andiçmə mətnini imzalayaraq Konstitusiya Məhkəməsinin sədrinə təqdim edib. Sədr isə onun prezident vəzifəsinin icrasına başladığını elan edib. Daha sonra Vladimir Zelenski dövlət başçısının rəsmi hakimiyyət rəmzlərini alıb.
 
11.28
Ukraynanın prezidenti seçilmiş Vladimir Zelenskinin andiçmə mərasimi başlayıb.
Qaynarinfo xəbər verir ki, inauqurasiya Ukrayna parlamentinin sessiya zalında keçirilir. Mərasimdə Azərbaycandan Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiri heyət iştirak edir.
Andiçmə yekunlaşandan sonra yeni prezident hökumət üzvləri və xarici ölkə başçıları ilə Prezident Administrasiyasında görüşəcək. 
Qeyd edək ki, Vladimir Zelenski seçkilərdə Petro Poroşenkonu üstələyərək Ukrayna prezidenti seçilib.

NUH informasiya agentliyi səhifəsindən çap edilib