Dərc edilib: 22-05-2019

https://www.nuh.az/19717-.html

Kondisioner işləməyən avtobuslarda... (AÇIQLAMA)

22.05.2019 16:53:10

Müsahibə

 

Son günlərin ən aktual mövzularından biri də avtobuslarda kondisionerlərin işə salınmamasıdır. 

Demək olar ki, hər gün marşrutlarda sərnişinlərlə şoferlər arasında polemika yaranır. Sosial şəbəkələrdə də ən çox tənqid olunan, yazılan mövzular marşrutlarda sərinləndirmə sisteminin istifadə edilməməsidir. 
Bəs marşrutlarda kondisionerlər nə vaxt işə salınacaq? 
Bu sualı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevə ünvanladıq. Qurum sözcüsü Qaynarinfo-ya açıqlamasında artıq sərinləndirici sistemlərin işə salındığını bildirib. Kondisioner işləməyən marşrutlarda isə texniki problem olduğunu qeyd edib. 
 
"Bildiyiniz kimi, yay mövsümünün başlama tarixi var - 15 iyun. Lakin may ayından hava normal keçir, temperatur yüksəlib. Belə olanda halda da avtobuslarda sərnişin daşımada müəyyən çətinliklər yaranmışdı. Sərinləndirici qurğu sərnişinlərin rahatlığını təmin etmək üçün olan sistemdir. Ona görə də Bakı Nəqliyyat Agentliyi tərəfindən göstəriş verilib ki, kondisioner sistemi olan marşrut xətlərində qurğu işə salınsın. Ola bilər ki, maşrutların bir neçəsində texniki problem olduğu üçün bir-neçə gün sərinləndirmə sistemində fasilələr olsun. Ancaq ümumilikdə deyə bilərəm ki, sərinləndirmə sistemi olan marşurtların böyük əksəriyyətində sistem işlək vəziyyətdədir. Hansındaki yoxdu, həmin problemlərin aradan qalxması üçün iş aparılır". 
Mais bəy onu da qeyd edib ki, avtobus parklarının yenilənməsi işləri çərçivəsində paytaxtımıza müasir tələblərə cavab verən 300 yeni avtobus gətiriləcək. 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib