Dərc edilib: 23-05-2019

https://www.nuh.az/19728-.html

“Laçın”ın sahibinin piyadanı öldürən oğluna 3 il 6 ay verildi

23.05.2019 19:19:09

Kriminal

Bu il fevralın 9-da piyadanı vurub öldürməkdə təqsirləndirilən iş adamının oğlu Sunay Vəliyevə hökm oxunub.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, Xətai rayon Məhkəməsinin hökmü ilə S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin sahibi Məsud Vəliyevin oğludur. O, bahalı maşın kolleksiyalarını sosial şəbəkələrdə yaymaqla tanınıb. Məsud Vəliyev 2015-ci ildə dünyasını dəyişib.

1980-cı il təvəllüdlü S.Vəliyev Zığ yolu küçəsində idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq ölümünə səbəb olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib