Dərc edilib: 25-05-2019

https://www.nuh.az/19744-.html

Əliyev Zurabişvilini təbrik etdi

25.05.2019 16:43:51

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti xanım Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.

"Qafqazinfo"nun xəbərinə görə, məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlər tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi məmnunluq doğurur.

İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Gürcüstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

NUH informasiya agentliyi səhifəsindən çap edilib