Dərc edilib: 26-05-2019

https://www.nuh.az/19754-.html

Gürcüstan prezidentinin oğlu evləndi - Fotolar

26.05.2019 18:27:02

Dünya

Gürcüstan prezidenti Salome Zurabişvilinin oğlu Teymuraz Qorcestani evlənib.


“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə prezidentin özü sosial şəbəkədə paylaşım edib. Teymuraz Parisdə Konstansa adlı xanımla ailə qurub. O, öz toyunda milli Qafqaz geyimində olub və gürcü ənənələri ilə evlənib.

Qeyd edək ki, Teymuraz Zurabişvilinin iranəsilli həyat yoldaşıyla ilk nikahından dünyaya gəlib. O, Nyu-Yorkda yaşayır və BMT-də işləyir. Prezidentin Ketevan adlı bir qızı da var. O isə Fransada jurnalistdir.

 



 

NUH informasiya agentliyi səhifəsindən çap edilib