Dərc edilib: 27-05-2019

https://www.nuh.az/19758-.html

Azərbaycanda keçmiş icra başçısı vəfat edib

27.05.2019 12:51:24

Hadisə

Sumqayıt şəhərinin sabiq icra başçısı vəfat edib.

 

ONA   xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin sabiq icra başçısı Təvəkkül Yaqub oğlu Məmmədov 79 yaşında dünyasını  dəyişib. T.Məmmədov uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, T.Məmmədov 1981-ci ildə Sumqayıt şəhər İcraiyyə Komitəsinin sədrinin birinci müavini vəzifəsinə irəli çəkilib. 1982-ci ilin iyun ayında İcraiyyə Komitəsinin sədri seçilib. Bu vəzifədə 1988-ci ilədək çalışıb. Sonra 3 saylı evtikmə kombinatının və Məişət kimyası zavodunun direktoru olub. 1995-ci ildən 2000-ci ilə kimi "Azərkimya” Dövlət Şirkətinin birinci vitse-prezidenti işləyib. Dəfələrlə Sumqayıt şəhər sovetinin və Ali Sovetin deputatı olub.

2000-2003-cü illərdə isə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı işləyib.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib