Dərc edilib: 28-05-2019

https://www.nuh.az/19768-.html

ZOR-un və DƏMİR ƏL-in anatomiyası

28.05.2019 15:02:48

Müsahibə

ZORUN VƏ DƏMİR ƏLİN ANATOMİYASI     Rasət Pirisoyu

 
(esse)

 

Bütün inqilablar diktaturaya aparır. 
Bütün diktaturalar müharibəyə...
Bunu XX əsrin inqilabları və dünya müharibələri aydın şəkildə sübut edir. 
XX əsrin başlanğıcında meydana çıxan inqilabi hərəkatlar - ZOR - dörd böyük imperiyanın dağılmasına, əsrin əvvələrində bir - birindən dəşhətli diktatura rejimlərinin - Stalinin, Hitlerin, Musssolininin - meydana çıxmasına səbəb oldu, nəticədə XX əsr insanları yaşadıqları həyat tərzinin bədəlini iki dünya müharibəsi ilə ödədilər.
Mənim bu yazıda ilişib XX əsrdə qalmaq fikrim yoxdur. 
Bu faktları yalnız mövzuya güzgü tutmaq gətirdim.
Azərbaycanda ZOR və DƏMİR ƏL rejimi hökm sürür.
Bizi bu ZOR və DƏMİR ƏL rejiminə hansı əməllərimiz gətirib çıxardı? Mən bu yazımda bu suallara cavab tapmağa çalışacağam.
Məşhur bir ifadədə deyildiyi kimi, «kimdir günahkar?»
Bunun üçün mən 30 illik tariximizi məlum ənənvi səpkidə deyil, mənə daha çox aydın olan müstəvidə nəzərdən keçirməyə çalışacağam.
Azərbaycan kütləvi ZORA nə vaxt yuvarlandı?
Bunun cavabı hamıya məlumdur.
Sumqayıt hadisləri zamanından sonra
Bəs Sumqayıt hadislərinin «qəhrəmanı» kimiydi?
Bu cavab da aydındır: erməni Eduard Qriqoryan...
Sumqayıt hadisələrindən sonra Azərbaycanda kütləvi şəkildə ZOR mühiti yaradılmağa başladı. 
Sumqayıt hadisələrindən sonra Azərbaycan Ermənistan azərbaycanlılarının deportasiyasına məruz qaldı.
Mən Azərbaycanfilm Kinostutdyası Sənədli filmlər birliyinin əməkadaşı kimi (rejissor Yalçın Əfənliyev, operator Köçəri Məmmədov, redaktor bəndeyi -fəqir) respublikamızın müxtəlif rayonlarında bu deportasiyanın lentə alınmasında iştirak etmişəm.
Mən müşahidələrimə əsaslanıb bunu deməyi özümə borc bilirəm ki, Ermənistandan azərbaycanlılar çox «səliqləi» şəkildə deportasiya olunmuşdu, biz deportasiya olunmuşların apasında fiziki işgəncəyə məruz qalan bir nəfər qaçqın da tapa bilmədik.
Halbuki qovulmanın özü işgəncəydi. 
Ermənilər nə etdiklərini çox yaxşı bildiklərindən beynəlxalq başağırsı gətirən biləcək hərəkətlərə yol verməmişdilər. 
Azərbaycn dövlətinin təsisçiləri deportasiya olunumuş soydaşlarını böyük həyacanla qarışladı. 
ZORA məruz qalmış Ermənistan azərbaycanlılarının hesabına ölkədə milli həmrəylik balansı pozuldu; etnik milləçilik mülki millətçiliyi dalana sıxışdırdı. 
Bu prosesə Milli Azadlıq hərəkatı adı altında Əbülfəz Elçibəy başçılıq edirdi. 
Baş verən üç hadisə - Sumqayıt hadisələri, Dağlıq Qarabağın Ermənistana ilhaq olunması haqqında məşhur qərar və Ermənstan azərbaycanlalırının Azərbaycan SSR-ə doportasiyası Azərbaycan xalqını, bir az da dəqiqləşdirsək, Azərbaycanın üç dövlətinin qurcülarını, Azərbaycan Xalq Cümhriyyətinin, Azərbaycan SSR-nin və Azərbaycan Respublikasını təsisçilərinini ZORA sürüklədi.
Azərbaycanda bir - birini ardınca ZOR AKSİYALARI baş verməyə başladı. 
Халг Meydanа ахышды. 
Azərbaycan Xalq Cəbhəsinin təsis yığıncağı keçirildi və Azərbaycan dövlətinin təsisində iştirak etmiş azərbaycanlı nəslinə məxsus Xudu Məmmədov bu yığıncaqdan salamat çıxmadı.
13 yanvar 1990-cı ildə Bakı talanları törədildi. 
Bədnam SSRİ rəhbərliyi 20 yanvarda Azərbaycana qoşun yeritdi, qırığın törədildi.
Əbürrhəman Vazirov ölkədən qovuldu.
Ayaz Mütəllibov hakimiyyətə gəldi. 
Elə bilirəm məhz bu vaxt ölkədə ilk dialoq mühiti yarandı.
Amma bu imkandan istifadə olunmadı.
ZOR davam etdi.
Qarakənd facəsi törədildi. 
Xocalı qırğını tarixə düşdü. 
Azərbaycan Respublikasının müstəqillik aktını imzalamış ilk prezidenti Ayaz Mütəllibov ölkədən qovuldu.
Azərbaycanda hakimiyyət uğurunda mübarizə pik nöqtəsinə qalxdı.
Ölkəyə Yaqub Məmmədov başçılıq etməyə başladı. 
Şuşa, Laçın işğal olundu.
Nəticədə, Əbülfəz Elçibəy hakimiyyətə gəldi
Ölkədə ZOR daha mürəkkəb xarakter aldı.
Əbülfəz Elçibəy hakimiyyəti ilə Azərbaycan dövlətinin təsisində iştirak etmiş azərbaycanlı nəsillərinə məxsus Surət Hüseynov, Rəhim Qazıyev, Əlikram Hümbətov arasında vətəndaş müharibəsi simtopları görünməyə başladı. 
Etnik milləiçilik mülki millətçilik üzərində tam qələbə qazandı.
Gəncə hadisələri ölkədə hakimiyyət dəyişikliyi zərurətini ortaya çıxardı.
Əbülfəz Elçibəy Heydər Əliyevi hakimiyyətə çağırdı və Kələkiyə qaçmaq məcburiyyətində qaldı.
Heydər Əliyev hakimiyyətə gəldi. 
Ölkədə yenidən dialoq mühiti yarandı.
Heydər Əliyev elçibəyçilərə əməkdaşlıq təklif etdi.
Elçibəyçilər Heydər Əliyevin bütün əməkdaşlıq təkliflərinə «yox!» dedilər və Heydər Əliyevlə ZOR dilində danışmaq yolu tutdular. 
Heydər Əliyev ölkədə hökm sürən ZOR siyasətinə qarşı DƏMİR ƏL siyasəti ilə çıxdı.
ZOR siyasətinin iflası başlandı.
DƏMİR ƏL siyasəti qalib gəldi.
ZORUN və DƏMİR ƏLİN tərəfdarları bu gün ölkədə Azərbaycan xalqı «uğrunda» mübarizəyə aparırlar. 
Azərbaycan xalqı isə həm ZORLA, həm də DƏMİR ƏLLƏ əməkdaşlıqdan imtina edir. 
ZORUN tərəfdarları Azərbaycan xalqını ZORLA ələ keçirmək və DƏMİR ƏLİN tərəfdarları Azərbaycan xalqını DƏMİR ƏLLƏ idarə etmək yolu tutub. 
ZORUN və DƏMİR ƏLİN bir - birinə qarşı mübarizəsi xalqımızın tarixinə 20 faiz Azərbaycan torpağının işğal olunması faktı ilə düşdü. 
Və beləliklə, ölkədə 30 illik ZOR və DƏMİR ƏL rəzaləti başlandı. 
Mən bu yazıma XX əsr dünya tarixinə bir neçə cümləlik ekskursla başlamışdım. Elə bir neçə cümlələik ekskursla da qurtarmaq istəyirəm.
Bəşəriyyət 20 -ci əsrin üç böyük elmi kəşfin eyforiyasına aldandı.

1)Ç. Darvinin təkamül nəzəriyyəsinin. Bu nəzəriyyəyə görə yalnız güclülərin yaşamaq haqqı var (Təbii seçmə üsulu)
2) K.Marksın sinfi mübarizə ideyasının... 

3)F.Nitşenin «Allah ölüb» çağrışı, fövqəl insan ideayasının...

Mənə elə gəlir bu gün biz, Azərbaycan dövlətinin iəsisçiləri və digər AZƏRBAYCANLI BİRLİKLƏRİ, üç böyük çağırışı yenidən təhlil etməli və qiymətləndirməliyik.

1) Bütöv Azərbaycan, 
2) Turançılıq
3)Etnik milləçilik (türkçülük, talışçılıq, ləzgiçilik və s.) çağırışlarını.

Əks təqdirdə Azərbaycan Xalq Cümhuriyyətini, Azərbaycan SSR-i və Azərbaycan Respublikasını quranların tarixi uğurları iflasa uğraya bilər.

Ən nəhayət, mən belə hesab edirəm, bu gün Azərbaycanda növbəti DİALOQ MÜHİTİ yaranıb.
Azərbaycan xalqından növbəti DİALOQ MÜHİTİNİ qaçırmamağı xahiş edirəm və 
ONLARI ƏN ŞƏRƏFLİ TARİXİ GÜN - 
28 MAY - RESPUBLİKA GÜNÜ - 
MÜNASİBƏTİ İLƏ TƏBRİK EDİRƏM

28.05.2019-cu il.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib