Dərc edilib: 29-05-2019

https://www.nuh.az/19775-.html

Flora Kərimova yalan danışıb?

29.05.2019 13:47:35

Mədəniyyət

Məşhur “Tıq-tıq xanım” mahnısının  ilk ifaçısının kimliyi yenidən müzakirə mövzusuna çevrilib

 

“Qafqazinfo” xəbər verir ki, mövzu barədə İTV-də yayımlanan “Sabahın xeyr, Azərbaycan” proqramında danışılıb. 

Sözügedən çigzi filmin animatoru, quruluşçu rejissoru Məsud Pənah verilişdə məsələyə aydınlıq gətirib: “Üstündən 50 il keçməsinə baxmayaraq film ətrafında hay-küy davam edir.  Flora Kərimovaya böyük hörmətim var. Gözəl və məxməri səsi var. Amma Flora xanımı tanımıram, onunla işləməmişəm. Mahnının ifaçısı Sevil Allahverdiyevadır”. 

Bu məqamda bildirək ki, Flora Kərimova 2011-ci ildə Space TV-yə verdiyi müsahibədə “Tıq-tıq xanım” adlı mahnının ilk ifaçısının özü olduğunu vurğulamışdı. 

Xatırladaq ki, Sevil Allahveridyeva  Vaqif Mustafazadənin məşhur “Sevil” qrupunun solisti olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib