Dərc edilib: 30-05-2019

https://www.nuh.az/19779-.html

Saakaşvili Ukraynada izdihamla qarşılandı - Video

30.05.2019 11:12:16

Hadisə

Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili Ukraynaya qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, artıq onun təyyarəsi Kiyevin Borispol hava limanına eniş edib. M. Saakaşvilini hava limanında izdihamla qarşılanıb. Onun görüşünə Gürcüstan və Ukrayna bayraqları tutmuş yüzlərlə insan, onlarla jurnalist gəlib. Saakaşvilinin şərəfinə musiqi səslənib, toplananlar bir neçə dəfə Ukrayna himnini oxuyublar. 

Hava limanında çıxış edən Saakaşvili bildirib ki, buraya qisas almaq, kimisə cəzalandırmaq, dağıtmaq üçün qayıtmayıb: “Mən mehriban ukraynalılarla, yeni prezident, yeni komanda ilə birgə yeni Ukraynanın qurulmasında iştirak etmək istəyirəm”. 

Siyasətçi əlavə edib ki, Ukraynada heç bir mövqe axtarmır: “Heç bir seçkiyə getməyəcəm”.

Saakaşvili bildirib ki, Vladimir Zelenskiyə kömək etməyə hazırdır: “Əgər ona mənim köməyim lazım olsa, kömək etməyə hazıram”. 

Qeyd edək ki, Ukraynanın yeni prezidenti Vladimir Zelenski Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib