Dərc edilib: 31-05-2019

https://www.nuh.az/19795-.html

Əfsanəvi Hacı Muradın cənazəsi Qaxdan Dağıstana aparılacaq

31.05.2019 11:21:00

Dünya

İmam Şamilin naibi (köməkçisi) məşhur Hacı Muradın cənazəsi Qaxdan Dağıstana aparılacaq və təkrar dəfn olunacaq.

Risuya KİV-lərinin məlumatına görə, dəfn mərasimi iyunun 2-də Hacı Muradın doğma kəndi – Xunzaxda baş tutacaq.

Təşkilatı komitənin sədri Məhəmməd Əmirxanov bildirib ki, söhbət qəhrəmanın məhz Azərbaycanda 1852-ci ildə bastırılan qalıqlarından gedir.
 

O həmçinin bildirib ki, Hacı Muradın bədən sümükləri ilə birlikdə Sankt-Peterburqun Kunstkamerasında saxlanılan başı da dəfn oluna bilər. Hələlik bu məsələ müzakirə mövzusudur.

Öncə Hacı Muradın varisləri onun cənnazəsini doğma torpağa tapşırılmasını dəfələrlə tələb ediblər.(0xu.az)

NUH informasiya agentliyi səhifəsindən çap edilib