Dərc edilib: 31-05-2019

https://www.nuh.az/19802-.html

Şəhid mayorumuz dəfn edildi

31.05.2019 13:26:36

Cəmiyyət

Ermənilərin açdığı atəş nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Aqil Omarov dəfn edilib.

ONA   xəbər verir ki, A.Omarov Qax rayonu Lələpaşa kəndində yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
10.30
Azərbaycanın Silahlı Qüvvələrinin şəhid olan hərbi qulluqçusunun nəşi Qax rayonuna gətirilib.
"Report"   xəbər verir ki, şəhidin nəşi rayon mərkəzində böyük izdihamla qarşılanaraq onun doğulub boya başa çatdığı Lələpaşa kəndindəki evinə gətirilib. 
Şəhid saat 12:00-da Lələpaşa kənd qəbiristanlığında dəfn ediləcək.

NUH informasiya agentliyi səhifəsindən çap edilib