Dərc edilib: 31-05-2019

https://www.nuh.az/19805-.html

“Paşinyanı vurun” - Deputat snayperlərdən xahiş etdi

31.05.2019 15:47:11

Müsahibə

"Mən Müdafiə naziri, Ali Baş Komandan deyiləm, ona görə ordumuza əmr verə bilmərəm. Amma snayperlərimizə üz tutub xahiş edirəm ki, əgər Paşinyan yenidən işğal olunmuş ərazilərimizə gələrsə, onu vursunlar".


 Oxu.Az   xəbər verir ki, bunu parlamentdə millət vəkili Aydın Mirzəzadə deyib.

“Mən snayperlərimizdən xahiş edirəm, Ermənistanın digər rəhbər şəxsləri, siyasətçiləri işğal olunmuş ərazilərimizə gəlsələr, onları vursunlar. Artıq səbrimiz daşmaqdadır. Qarabağ münaqişəsi həll olunmalıdır, işğala son qoyulmalıdır. Ermənistan özünə yeni Baş nazir tapa bilər”, - deyə o əlavə edib

NUH informasiya agentliyi səhifəsindən çap edilib