Dərc edilib: 06-06-2019

https://www.nuh.az/19837-.html

Üç yaşlı Zəhranın axtarışları davam etdirilir

06.06.2019 13:40:44

Kriminal

Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovanın axtarışlarını intensiv şəkildə davam etdirir.
Bu barədə Qaynarinfo-ya Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verilib.
Z.Bağırovanı görənlərdən yaxınlıqdakı polis bölməsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.

NUH informasiya agentliyi səhifəsindən çap edilib