Qazaxda icra başçısı ilə Teleqovşağın rəisi arasında qalmaqal
Qazax Telekommunikasiya Qovşağının rəisi Nizaməddin Məmmədov vəzifəsindən azad edilib.
Bu barədsə Qaynarinfo-ya rayondakı mənbələrdən məlumat daxil olub.
Məlumatda N.Məmmədovun işdən çıxarılmasına onunla icra başçısı Rəcəb Babaşov arasında qalmaqalın səbəb olduğu bildirilir. Mənbələrimizin dediyinə görə, hələ iki ay öncə, aprelin əvvəllərindən Qazax Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanlarının iştirakı ilə rayonda fəaliyyət göstərən xidmət sahələrinin vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müşavirə keçirilib.
Şəhər və kəndlərdə yaşayan 59 nəfər rayon sakininin müraciətləri əsasında keçirilən müşavirədə əhaliyə göstərilən xidmətlərin keyfiyyəti müzakirə olunub. Elə həmin iclasda icra başçısı yerli məmurlara sərt mesajlar verib. “Heç bir idarə, müəssisə və təşkilat rəhbəri ölkə başçısının yürütdüyü siyasətə kölgə sala bilməz”, – deyən icra başçısı qeyd edib ki, əksinə onlar davranışı, göstərdiyi diqqət və qayğı ilə vətəndaşlara nümunə olmalıdır.