Dərc edilib: 07-06-2019

https://www.nuh.az/19848-.html

" 1 və 3 qəpikliklər dövriyyədən çıxarılmalıdır"

07.06.2019 18:22:47

Maqazin

Bu gün supermarketlərdə istehlakçıların üzləşdiyi problemlərdən biri də alış-veriş edərkən xırda pul qalıqlarını ala bilməməkdir. İlk baxışdan gözə görünməyən məbləğləri ala bilməmək bir müddət sonra alıcıların narazılıqlarına səbəb olur.

 

Qaynarinfo məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin Sədri Eyyub Hüseynova müraciət edib. O, bunun sadə bir halda problem olmadığını bildirib:

 

 

 

"Bu məsələ o halda problem deyil ki, kassir həmin qəpiyi versin müştəri götürməsin və ya onlar bunu öz aralarında həll etsin. Amma digər hallarda bu istehlakçının hüququnun pozulması və aldadılmasıdır. Düşünürəm ki, bunu edən marketlər istehlakçı hüququnu pozan marketlərdir. Belə halda istehlakçı öz hüququnu müdafiə etmək üçün Azad istehlakçılar birliyinə yazılı ərizə ilə müraciət edə bilər”.

 

"Xırda pulların istehsalına çəkilən xərclər əslində o pulların nominal dəyərindən baha başa gəlir”

 

Bu sözləri isə Qaynarinfo-ya iqtisadçı-ekspert Natiq Cəfərli deyib. Onun fikrincə, 1 və 3 qəpiyədək pulların ishetsalına son qoyulmalıdır: 

 

 

"İki devalivasiyadan sonra belə bir şərait yaranıb ki, bu pulların istehsalına çəkilən xərclər həmin pullardan daha bahadır. Buna görə də xırda pullarla bağlı məsələyə birdəfəlik aydınlıq gətirmək lazımdır. Ümumiyyətlə 10 qəpiyə qədər olan nominal qəpiklərin dövriyyədən çıxarılmalı və onun istehsalına əlavə xərclərin çəkilməsinə ehtiyac yaranmamalıdır. Buna görə də 1 və 3 qəpiklərin ümumiyyətlə dövriyyədə qalmasının bir mənası yoxdur, onları dövriyədən çıxararaq istehsalına çəkilən xərclərin azaldılmasında yarar var. Marketlər həmin qəpikləri vermədikləri halda müştərilərin o qəpikləri istəməkdən utanmağını anlamaq mümkündür. Amma praktiki olaraq o qəpikləri işlənməsi mümkünsüz hala gəlib. Ümumilikdə bu məsələnin həlli ilə bağlı birdəfəlik Mərkəzi Bankın yanaşması olmalıdır. 1 və 3 qəpikliyin dövriyədən çıxarılması iqtisadi nöqteyi nəzərdən daha məntiqə uyğundur”.

 

 

Məsələ ilə bağlə şəhər sakinlərinin də fikiri maraqlıdır. Bəzi Bakı sakinlərinin bununla bağlı suala cavablarını təqdim edirik:

 

Firuzə Vahid: "Bəzən belə hallarla qarşılaşıram. Amma 5 qəpikləri özüm yığdığım üçün kassirdən qəpiklərimi istəyirəm".

 

Qafar Əhmədov: "Təkcə marketlərdə yox, dünən "Park Bulvar"da yerləşən mağazaların birində 20 qəpiyimi qaytarmadılar. Belə olanda nəsə demirəm. Adətən xırda qəpik verməyən marketlərə 2-3 qəpik əksik verəndə nəsə demirlər".

 

Nəzrin Qədirova: "Bir neçə dəfə belə halla qarşılaşmısam da, nəsə deməyə utanmışam. Amma qara qəpikləri verəndə hər zaman götürürəm".

 

 

Firəngiz Mabudova: "Sözün düzü belə hallarla qarşılaşanda nəsə etmirəm, elə də qalır. Amma əslində qalsa qəpikləri istəməliyik. Necə deyərlər "dama-dama göl olar”. Bunu da deyim ki, bəzi mağaza və marketlər xırda qəpiklər verəndə götürmürlər".


NUH informasiya agentliyi səhifəsindən çap edilib