Dərc edilib: 08-06-2019

https://www.nuh.az/19850-.html

Bakının mərkəzində atışma: ölən və yaralanan var

08.06.2019 14:37:02

Kriminal

Bakının Binəqədi rayonunda silahlı insident baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə Rəsulzadə qəsəbəsində qeydə alınıb. 
Belə ki, naməlum şəxs "Mercedes" markalı avtomobilə atəş açıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, daha bir nəfər isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. 
Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Hazırda cinayəti törədən və dünyasını dəyişən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır. 
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib