Dərc edilib: 09-06-2019

https://www.nuh.az/19856-.html

Qazaxıstan gələcək prezidentini seçir - Yenilənir + Foto

09.06.2019 13:48:03

Reportaj

Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.


“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Qazaxıstan ərazisində və onun kənarında 9 968 seçki məntəqəsi yaradılıb. Ölkədə 11 814 019 vətəndaş səsvermə hüququna malikdir.

Seçkilərdə mart ayında Prezident Nursultan Nazarbayevin istefa verməsindən sonra müvəqqəti dövlət başçısı təyin edilmiş Kasım-Jomart Tokayevin də aralarında olduğu yeddi namizəd mübarizə aparacaq.

Bakıda da Qazaxıstanın Azərbaycandakı səfirliyinin binasında prezident seçkilərində səs vermək üçün seçki məntəqəsi yaradılıb. Bu məntəqədə müvəqqəti Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşları səs verə bilər.

**

Qazaxıstanın Prezidenti vəzifəsini icra edən və "Nur Otan" partiyasından perzidentliyə namizədliyini irəli sürən Kasım-Jomart Tokayev ölkədə keçirilən prezident seçkilərində iştirak edib. O, Nur-Sultan şəhərində "Astana Opera" teatrında təşkil edilmiş 115 nömrəli seçki məntəqəsində səs verib. 

**

Qazaxıstanın birinci prezidenti - Elbası Nursultan Nazarbayev paytaxtda 58 saylı məntəqədə, Məktəblilər sarayında səs verib. 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib