Dərc edilib: 09-06-2019

https://www.nuh.az/19859-.html

Poroşenko baş nazir olmaq istəyir

09.06.2019 18:05:10

Dünya

Petro Poroşenko Ukraynada keçiriləcək növbədənkənar parlament seçkilərində qalib gələcəkləri halda ölkənin yeni Baş naziri olacağını istisna etməyib.

 

"Qafqazinfo" xəbər verir ki, Ukraynanın beşinci prezidenti P.Poroşenko bu barədə rəhbəri olduğu “Avropa həmrəyliyi” partiyasının bazar günü keçirilən qurultayında çıxışı zamanı məlumat verib. Onun sözlərinə görə, parlament seçkilərində qalib gəldikləri halda Baş nazir olmaq şansı böyükdür. Xatırladaq ki, apreldə prezident seçkilərindəki məğlubiyyətindən sonra Poroşenko bəyan etmişdi ki, siyasətdən getmək niyyəti yoxdur. Ölkədə növbəti parlament seçkiləri oktyabrda baş tutacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib