Dərc edilib: 10-06-2019

https://www.nuh.az/19861-.html

Əliyev Tokayevi təbrik etdi

10.06.2019 14:09:39

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə məktub ünvanlayıb. 

“Qafqazinfo” xəbər verir ki, məktubda deyilir: 

“Hörmətli Kasım-Jomart Kemeleviç, 

Qazaxıstan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Qazaxıstan münasibətləri xalqlarımızın ortaq tarixi, milli-mənəvi köklərindən qaynaqlanır. İnanıram ki, belə möhkəm təməllərə əsaslanan dövlətlərarası münasibətlərimizin və strateji tərəfdaşlığımızın bundan sonra da inkişaf etdirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib