Dərc edilib: 14-06-2019

https://www.nuh.az/19892-.html

Bakıda gecə silah səsləri eşidildi - Bir nəfər öldü

14.06.2019 10:41:06

Kriminal

Bakıda silahlı insident baş verib. 

 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə gecə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.

B.Bünyatov küçəsində magistral yolda aralarında yaranmış mübahisə zamanı 1974-cü il təvəllüdlü Rauf Şirinov odlu silahdan atəş açaraq yeznəsi, 1972-ci il təvəllüdlü Naxçıvan sakini Ramiz Məmmədovu sinəsindən güllələyib.

R.Məmmədov 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, orada ölüb. Hazırda R.Şirinovun tutulması üçün əməliyyat-axtarış davam etdirilir.

Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

APA-nın məlumatına görə, qətli törətməkdə şübhəli bilinən R.Şirinov "Hozu" ləqəbi ilə tanınırmış. Mərhum R.Məmmədovun isə Sabunçu rayonu ərazisində fəaliyyət göstərən 113 və 84 saylı xətt marşrutlarının sahibi olduğu deyilir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib