Dərc edilib: 15-06-2019

https://www.nuh.az/19902-.html

Elçibəyin xanımının dəfninə Türkiyədən kimlər gəlib? (FOTOLAR)

15.06.2019 17:29:37

Hadisə

Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva Kələkidə kənd qəbiristanlığında valideynlərinin yanında torpağa tapşırılıb.

"Report"   xəbər verir ki, cənazə Azərbaycan bayrağına bürünüb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, sabiq deputat Arzu Səmədbəyli, MHP İğdır millət vəkili Yaşar Qaradağ, Ülkü Ocaqları rəhbərinin müavini Aybars Kösə, Türkiyə Ülkü Ocaqlarının baş katibi Ömər Çağrı Özdəmir və MHP-nin İstanbul və İğdır təşkilatlarının nümayəndə heyəti iştirak edib. Onlar mərasimdə MHP sədri Dövlət Bağçalının tapşırığı ilə iştirak ediblər.

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib