Dərc edilib: 19-06-2019

https://www.nuh.az/19920-.html

Maaş artımı 160 min müəllimə aiddir

19.06.2019 13:15:06

Cəmiyyət

“Ümumtəhsil və peşə təhsil mərkəzlərində diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin Vahid Tarif Cədvəli üzrə maaşları təxminən 20 faiz artır. Bu 160 min nəfər müəllimi əhatə edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, bu da dövlət büdcəsindən 240 milyon manat illik vəsaitin xərclənməsi deməkdir:

“Ölkədə orta aylıq əməkhaqqı isə 605 manat olur”.

NUH informasiya agentliyi səhifəsindən çap edilib