Dərc edilib: 21-06-2019

https://www.nuh.az/19943-.html

Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi

21.06.2019 16:30:29

Hadisə

Sabiq Daxili İşlər naziri Ramil Usubov Daxili İşlər Nazirliyinin (DİN) Kollegiyasının üzvləri və şəxsi heyəti ilə vidalaşıb.

 

 Report   xəbər verir ki, yeni Daxili İşlər naziri Vilayət Eyvazovun Daxili İşlər Nazirliyinin (DİN) kollektivinə təqdim olunması mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezidentin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov iştirak ediblər.

Tədbirdən sonra yeni Daxili İşlər naziri fəaliyyətinin icrasına başlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib