Dərc edilib: 22-06-2019

https://www.nuh.az/19951-.html

İlham Əliyev şöbə müdiri ilə bağlı sərəncam verdi

22.06.2019 16:06:21

Maqazin

Prezident İlham Əliyev Süleyman İsmayılovun təltif olunması ilə bağlı sərəncam imzalayıb.


“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən, dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Süleyman Abbas oğlu İsmayılova “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilib.

Qeyd edək ki, Süleyman İsmayılov Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiridir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib