Dərc edilib: 22-06-2019

https://www.nuh.az/19955-.html

Mirbaba indi də Xəzər rayonunda internet böhranı yaradır – Nazirin xəbəri varmı?

22.06.2019 18:46:09

Reportaj

Azərbaycanda internetin hələ də ciddi problem olaraq qalması sözün əsl mənasında gülüş yaradır. Qəribəsi odur ki, bu sahəyə nə qədər maliyyə vəsaiti ayrılsa da, problem kökündən həll olunmur ki, olunmur. Dünya internet sürətli adam yaradır, biz isə hələ də 1 mb sürət internet ala bilmirik. 

Amma burada bir maraqlı məqama diqqət çəkmək lazımdır. Necə olur ki, özəl şirkətlərin internet yayımında problemlər yaranmır və ya yarandığı təqdirdə dərhal həll olunur, dövlət balansında olan, “Aztelecom”, “Azeronline”, “Bakinternet” həmişə problemlə üzləşir və təssüflər olsun ki, bu problemlər illərdir həll olunmadan qalır.

Daha bir maraqlı nüans isə özəl şirkətlərin internetdən istifadə edən müştəriyə olan sayğı və münasibətdir. Bu gün bütün özəl internet yayımçı şirkətlər günün 24 saatı vətəndaşın xidmətindədir, yaranmış problemlər bağlı etdiyin zənglərə cavab verilir, problemlər aradan qaldırılır. Bəs, “Aztelecom”, “Azeronline”, “Bakinternet”-də yaranan problemlər necə həll olunur, ümimiyyətlə olunurmu?

 

İnternet böhranını belə həll edirlər – “Söndür yandır, düzələcək”

Məsələn, Xəzər rayonunda təxminən 1 ildir ki, internet böhranı yaşanır. Nə internet var, nə də bu problemı həll edəcək bir şəxs. Hər ay internet pulunu ödədiyin şəkildə, bir gün internetdən rahat və əsəbsiz istifadə etmək sözün həqiqi mənasında mümkün deyil. Ən biabırçısı isə odur ki, sənin telefonlarına cavab verən şəxslər səni təhqir edib dəstəyi asır.

Təhqir etmək sadəcə kiminsə atasını üzünə söymək deyil. Təhqir etmək pulunu ödədiyin təqdirdə internetin olmasın və sadəcə uzunqulaq hesab edilib, gözün görə-görə hansısa savadsız və məntiqsiz biri tərəfindən aldadılmağındır.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin yeni qaydalarına görə, internetin ödənişi 1 dəqiqə gecikirsə avtomatik olaraq internet bağlanır. Yəni dövlət vətəndaşa artıq bir dəqiqə pulsuz internet vermək istəmir. Düz edir, bunu dəstəkləyirəm.

O zaman nazirliyin tabeçiliyində olan internet yayımçısı olan qurumlar vətəndaşla bağladığı müqaviləyə hörmət etsin, insanların cibinə girməsin, normal müqaviləyə uygun olaraq fasiləsiz internetlə təmin etsin. Bunu etmək başda nazir olmaqla diğər şəxslərin vəzifə borcudur. Ödəniş varsa, internet də verilməlidir. Əgər olunmusra deməli, bu vətəndaşın cibinə girmək və haqqlarının kobud şəkildə pozulmasıdır.

Ən qəribəsi odur ki, ATS işçiləri ilə əlaqə saxlamaq mümkün deyil. 6-çi gün saat 14:00-a kimi işləməli olduqları halda ATS-də kimsə tapılmır. Nə Mirababa var, nə də işçiləri. Onlar üçün vətəndaşın internetinin olub-olmadığı maraqlı deyilsə, hörmətli nazir Ramin Quluzadə zəhmət çəkib Xəzər rayonunun Qovşaq müdirini dəyişsin və bu işi görə biləcək adam təyin olunsun.

2019-cu ildə insanların Mirbaba Babayevi və onun işçilərini axtarası deyil. Biz dünyaya inteqrasiya edirik, yoldaş Quluzadə. Mirbabalarla vuruşmaqdansa, vaxtımızı daha səmərəli işlərə sərf edək. Odur ki, zəhmət çəkib, Xəzər rayonundakı internet problemini həll edin.

Yəqin ki, gənc və perespektivli nazir kimi cəmiyyətə təqdim olunan, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə bu problemlərin kökündən həll edilməsinə çalışacaq. Mən sadəcə buna inanmaq istəyirəm.

Məlumat üçün bildirək ki, Xəzər Telefon Qovsağının rəisi, adı “MTN işi” qalmaqalında keçən Mirbaba Babayevdir. Hamı onu keçmiş Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun kadrı kimi tanıyır. Akademik vəzifədən uzaqlaşdırlanda Mirbaba Babayev Yasamal Telefon Qovşağının rəisi  işləyirdi.

“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov həbs olunanda onun adı ilə ən çox çəkilən adamlardan idi.

Hətta bildirilirdi ki, Beytulla Hüseynovla şərikli biznesi var və sairə. Amma nədənsə həbsdən qurtula bildi və hətta diğərlərindən fərqli olaraq vəzifədə qaldı. İndi isə yəqin ki, özünü Ramin Quluzadənin adamı kimi hesab edir. Hər halda belədir. Yoxsa indi həbsdə olardı…. 

Ədil Hüseynli

Bizimxeber.Az

NUH informasiya agentliyi səhifəsindən çap edilib