Dərc edilib: 24-06-2019

https://www.nuh.az/19961-.html

Ərdoğan Əkrəm İmamoğlunu təbrik etdi

24.06.2019 15:43:24

Dünya

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar seçkilərin nəticələri ilə bağlı öz münasibətini bildirib və CHP-nin namizədi Əkrəm İmamoğlunu qələbə münasibətilə təbrik edib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, "Twitter” hesabından paylaşım edən Ərdoğan milli iradənin bir daha öz gücünü göstərdiyini bildirib.

"İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə təkrar səsvermənin nəticələrinin İstanbulumuz üçün xeyirli olmasını diləyirəm. Qeyri-rəsmi nəticələrə görə seçimi qazanan Əkrəm İmamoğlunu təbrik edirəm”

NUH informasiya agentliyi səhifəsindən çap edilib