Dərc edilib: 26-06-2019

https://www.nuh.az/19974-.html

Fazil Məmmədov xəstəxanaya yerləşdirildi

26.06.2019 13:25:48

Reportaj

Ötən gün keçmiş Vergilər naziri Fazil Məmmədovun səhhəti pisləşib.

 

 Baku.ws  xəbər verir ki, keçmiş nazir Gəncə Beynəlxalq Xəstəxasına yerləşdirilib.

Məlumata görə, Fazil Məmmədov hazırda həkim nəzarətindədir. Onun əməliyyat olunma ehtimalı var.

Qeyd edək ki, Fazil Məmmədov 2000-ci ildə Azərbaycan Respublikasının 1-ci vergilər naziri təyin olunub. O, 17 il bu vəzifədə çalışıb.

Son vaxtlar keçmiş nazirin səhhətində problemlər yaranıb. Onun qaraciyərində problemlər var. Həmçinin, Fazil Məmmədov qan təzyiqindən əziyyət çəkir.

NUH informasiya agentliyi səhifəsindən çap edilib