Dərc edilib: 26-06-2019

https://www.nuh.az/19977-.html

Avropa "yanır": tempratur 40 dərəcəyə çatır

26.06.2019 14:17:22

Dünya

Avropa son illərin ən isti yayına hazırlaşır.
Qaynarinfo xəbər verir ki, Şimali Afrikadan gələn isti hava kütlələri qitəyə tarixin ən isti yaylarından birini yaşadacaq. Mütəxəssislərin proqnozlarına görə, Fransa, Almaniyada temperatur 40 dərəcəyə çatacaq. 
Almaniyanın Potsdam İqlim Təsiri Tədqiqatlar İnstitunu 1500-cü ildən bəri Avropada ən isti yayların 2002, 2003, 2010, 2016 və 2018-ci illərdə qeydə alındığını və 2019-cu ilin bu sıraya daxil olacağını açıqlayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib