Dərc edilib: 27-06-2019

https://www.nuh.az/19985-.html

Atambayevin toxunulmazlığı ləğv edildi

27.06.2019 19:38:03

Dünya

Qırğızıstan parlamenti sabiq Prezident Almazbek Atambayevin toxunulmazlığını ləğv edib.


“Qafqazinfo”nun “Vedomosti” nəşrinə istinadən verdiyi xəbərə görə, müvafiq qərar bu gün parlamentin keçirilən iclasında qəbul edilib.

103 deputat qərarın lehinə, 6 -sı isə əleyhinə səs verib.

Xatırladaq ki, A. Atambayev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. O, ilk dövrdən sonra vəzifəsindən könüllü şəkildə ayrılan ilk prezident olub.

Cari ilin iyunun 23-də ölkə parlamentinin yaratdığı xüsusi komissiyasının işinin nəticələrinə əsasən, A.Atambayevin korrupsiya daxil olmaqla altı cinayətdə əlinin olması ehtimalı var. Parlament iyunun 20-də bu rəyi qəbul edərək Baş Prokurorluğa göndərib.

Baş prokuror Otkurbek Jamşitov iyunun 25-də bildirib ki, cinayət işi açmaq üçün altı faktdan beşi üzrə əsas var. Əgər onun bu cinayətlərdə iştirakı təsdiqlənərsə, o zaman ömürlük azadlıqdan məhrum olunacaq.

NUH informasiya agentliyi səhifəsindən çap edilib