Dərc edilib: 28-06-2019

https://www.nuh.az/19989-.html

İlham Əliyevdən iki təyinat

28.06.2019 12:07:30

Siyasət
Prezident İlham Əliyev iki təyinat edib.

Qaynarinfo xəbər verir ki, dövlət başçısı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Anar Adil oğlu Quliyevin qurumun sədrinin I müavini, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar Aydın oğlu İsbatovun isə sədr müavini vəzifələrinə təyin edilməsi barədə sərəncamlar imzalayıb.
Bu barədə Komitə məlumat yayıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib